Macarıstan Zakarpatiyada macar azlığının hüquqları ilə bağlı Ukrayna ilə planlaşdırılan görüşü casusluq qalmaqalına görə ləğv edib.
Moderator.az REN TV-yə istinadən xəbər verir ki, bu barədə Macarıstan xarici işlər və xarici iqtisadi əlaqələr nazirinin müavini Levente Madar məlumat verib.
O, daha əvvəl Ukraynanın Avropa və Avro-Atlantik inteqrasiya üzrə müavini Olha Stefanişina ilə mayın 12-də Ujqorodda görüşün keçirilməsi barədə razılığa gəlib.
“Son günlərdə macar-ukrayna münasibətlərində baş verən hadisələr səmimi və konstruktiv məsləhətləşmələrin aparılmasına imkan vermir”, – deyə Madar Facebook sosial şəbəkəsində yazıb.
Macarıstan hökumətinin nümayəndəsi Zoltan Kovaç isə bildirib ki, ölkə hakimiyyəti Ukraynanın Macarıstanın suverenliyini pozmasına imkan verməyəcək.
Qeyd edək ki, mayın 9-da Macarıstanın xarici işlər naziri Peter Siyarto Ukrayna səfirliyində gizli işləyən iki casusun ölkədən çıxarıldığını açıqlayıb.