AZ

"Sabah"ın baş məşqçisi: İntensiv oyun nümayiş etdirdik

BAKI, 11 may. TELEQRAF

"İlk növbədə komandaya bugünkü qələbədə böyük əmək sərf etdiyinə görə təşəkkür edirəm".

Teleqraf xəbər verir ki, bunu "Sabah" basketbol klubunun baş məşqçisi Rimas Kurtinaytis Azərbaycan Basketbol Liqasının final seriyasının beşinci oyununda "Neftçi"yə 107:89 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

O, intensiv oyun nümayiş etdirdiklərini söyləyib: "Biz ədalətli olaraq oyun ərzində dominant basketbol sərgilədik və məntiqli qələbə qazandıq. İntensiv oyun nümayiş etdirdik. Birgünlük istirahət komanda üzvlərinə faydalı oldu. Oyunçuların psixologiyasına yaxşı təsir etdi. Lakin hələ heçnə bitməyib. Qələbə qazansaq da, əvvəlki iki oyunda məğlubiyyət bizim üçün bir təcrübədir. Bu gün oyuna fərqli 5-liklə başladıq. Düşünürəm ki, bu da oyunumuza öz müsbət təsirini göstərdi".

Seçilən
0
2
teleqraf.com

3Mənbələr