AZ

Premyer Liqa: “Kəpəz” “Sumqayıt”ı Tovuzda məğlub etdi

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 34-cü turuna yekun vurulacaq.

Arena.az xəbər verir ki, sonuncu oyun gününün ilk qarşılaşması Tovuzda baş tutub.

Burada “Kəpəz” “Sumqayıt”la üz-üzə gəlib. Bu, sözügedən komandaların 32-ci çempionat görüşü olub. Əvvəlki 31 oyunda “Kəpəz” 7, “Sumqayıt” 13 qələbə qazanmışdısa, 11 görüşdə qalib müəyyənləşməmişdi. “Sumqayıt” son 3 oyunda qol buraxmamışdı. “Kəpəz” son 4 matçda qalib gəlməmişdi.

Bu oyunun taleyini bir qol həll edib. Gəncə təmsilçisi neytral meydanda qarşılaşdığı rəqibini minimal hesabla üstələyib.

Premyer Liqa
34-cü tur
11 may

“Kəpəz” – “Sumqayıt” 1:0
Qol: Rauf Hüseynli, 11-pen.
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamran Əliyev.
VAR: Elçin Məsiyev.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Tovuz şəhər stadionu, 18:00.

Kəpəz: 1. Rojerio Santos, 7. Ehtiram Şahverdiyev, 5. Rauf Hüseynli, 21. Camal Cəfərov, 17. Ümid Səmədov, 26. Valdemar Almeyda, 9. Luis Paçu, 29. Dioqo Verdaska, 78. Yeqor Xvalko (k), 28. Rati Ardazişvili, 3. Mahamadu Ba.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 18. Elgün Bayramov, 2. İlkin Qırtımov, 99. Əli Səmədov, 12. Turan Manafov, 70. Nicat Süleymanov, 8. Elmir Tağıyev, 6. Nemət Musayev, 19. Sadiq Şəfiyev, 11. Trent Buhaqyar, 10. Kərim Lkuça, 88. Şevroni Mabatşoev.
Baş məşqçi: Azər Bağırov.

Sumqayıt: 1. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev (k), 2. Sertan Taşkın, 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 20. Ayxan Süleymanlı, 19. Roi Kehat, 5. Alan Dias, 23. Ronaldo Vaskes, 9. Bobur Abduholikov.
Ehtiyat oyunçular: 36. Xəyal Fərzullayev, 94. Rəşad Əzizli, 21. Nihad Əhmədzadə, 24. Sənan Muradlı, 75. Nadir Orucov, 12. Georgi Xaraişvili, 11. Momo Yansane, 99. Silvanus Nimeli, 60. Tresor Mossi, 77. Casurbek Caloliddinov.
Baş məşqçi: Vaqif Cavadov.

Seçilən
0
arena.az

1Mənbələr