Dodaqlarını şişirdənləri çıxarırlar efirə, xalq da deyir, bundan yoxdur - Xalq artisti ÜSYAN ETDİ
“Mədəniyyətimiz darmadağındır. Xalq elə bir tərbiyədədir ki, Allah göstərməsin… 3-4 ifaçı qız insanları kütlə şəklinə salıb”.
Qlobal.net xəbər verir ki, bu sözləri Xalq artisti Zaur Rzayev "Günə bax" verilişində deyib.
Müğənni gənc ifaçıları tənqid edib:
“Dodaqlarını şişirdənlər çıxır və ağılarına gələni oxuyur, oynayır və danışırlar. Xalq da baxır, deyir, bundan yoxdur. Toy olanda da qayınana deyir filan, oğlan tərəf deyir, yox o biri, qız tərəf bu biri müğənni olacaq. Bu yaxınlarda bunun üstündə bir bıçaqlanma da olub. Baxırsan sifətlərinə, bunu niyə qoyursunuz toyunuza? Uşaqlar jarqonla danışır, qızlar bıçaq çıxardır. Xalqı məhv ediblər, musiqi bir kənara”.