AZ

Azərbaycan dilindən imtahan verə bilməyənlərin aqibəti NECƏ OLACAQ?

Son vaxtlar yazıçı və jurnalistlərin dövlət dili imtahanı verməsi ilə bağlı təklif müzakirələrə səbəb olub. Bəzi bu addımın dilin təbliği və qorunmasına müsbət təsir edəcəyini vurğulasa da, təklifə qarşı çıxanlar da az deyil. Onlar bunun peşəkar fəaliyyətə maneə yaradacağını düşünürlər.

Məsələ ilə bağlı ortaya çıxan əsas sual isə budur:

Dövlət dili imtahanı real nəticələr verərək dilin istifadəsini müsbətə doğru dəyişəcək, yoxsa yalnız formal bir addım olaraq qalacaq? Qısacası belə bir təşəbbüs nəticə verəcək?

Mövzu ilə bağlı  təhsil məsələləri üzrə ekspert Məzahir Məmmədli Bizim.Media-ya danışıb.

Onun sözlərinə görə, DİM-in imtahanla bağlı təşəbbüsü birmənalı qarşılanmadı.
 

“Çünki bu işi təşkil edən qurumun rəhbəri özü Azərbaycan dilində mükəmməl bilməlidir. Eyni zamanda onun mobil bir komandası olmalıdır. DİM bütün funksiyaları özündə cəmləşdirmək təşəbbüsünü öz üzərinə götürüb. Son zamanlar bu qurumun işi ilə bağlı kifayət qədər narazılıqlar var. Dil imatahanında bir sıra  yazıçılar iştirak etdilər. Jurnalistlərin də bu təşəbbüsdə iştirak etmələri üçün təkliflər oldu”.


Ekspert qeyd edib ki, dil sertifikatı almaq dövlət qulluğunda fəaliyyət göstərən şəxslər üçün müəyyən qədər üstünlüklər ifadə edə bilər.

“Bir sıra  bağlı yerlərdə və müəssisələrdə iddiasını ortaya qoya bilər. Lakin prosesin nə dərəcədə peşəkar qurulması müzakirəli bir mövzudur. Düşünürdüm ki, Azərbaycan dili ilə bağlı Elmlər Akademiyası və dil ilə bağlı xüsusi komissiyanın birgə hazırladığı test sualları olacaq. Amma təəssüflər olsun ki, yenə də heç bir dəyişiklik olmadı. DİM həm testi hazırlayır, həm də imtahanları keçirir. Bunun nə qədər obyektiv olacağını isə nəticələr göstərəcək”,- deyə ekspert vurğulayıb.

Ayşən Rəhim, Bizim.Media

Seçilən
0
bizim.media

1Mənbələr