AZ

ABŞ dövlət katibi Türkiyəyə GEDİR

ABŞ-ın Dövlət katibi Marko Rubio 11-16 may tarixlərində Səudiyyə Ərəbistanı, Qətər və Türkiyəyə səfər edəcək.

Musavat.com TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin məlumatında bildirilib.

"Dövlət katibi Marko Rubio 11-14 may tarixlərində ABŞ prezidenti Donald Trampla birlikdə Səudiyyə Ərəbistanı və Qətərə səfər edəcək, burada prezident ABŞ və Körfəz tərəfdaşları arasında əlaqələri gücləndirməyə çalışacaq", – sənəddə qeyd olunur.

"Daha sonra, Rubio 14-16 may tarixlərində Türkiyənin Antalya şəhərinə gedəcək və burada NATO ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə iştirak edəcək. Görüşdə alyansın təhlükəsizlik prioritetləri, müdafiə sahəsində sərmayələrin artırılması və Rusiya ilə Ukrayna arasında müharibənin sona çatdırılması müzakirə ediləcək", – bəyanatda qeyd edilir.

Musavat.com

Seçilən
0
15
musavat.com

10Mənbələr