AZ

Mourinyo jurnalistləri ələ saldı

“Fənərbağça”nın baş məşqçisi növbələşmə əsasında komanda heyətini neçə seçməsi haqda sualı zarafatla cavablayıb.

Arena.az “Daily Mail” nəşrinə istinadən, portuqal mütəxəssisin müvafiq cavabını təqdim edir:

“Mənim 25 ədəd qəpiyim var, mən onları göyə atıram (əda ilə qəpik atmağı göstərib). Masa üstündə qalanları oyunda istifadə edirəm. Döşəməyə düşənlər isə ehtiyat oyunçular skamyasına yollanırlar. Mən bunu, elə, belə də edirəm.

Mən həftə ərzində şənlənirəm. Hər gün İstanbulun gecə klublarını ziyarət edirəm, hər yerdə. Heyətin seçimi məqamı yetişəndə isə, mən oyunçuların sifətləri həkk edilmiş qəpikləri atıb-tuturam.
Masa üstündə qalmış 11 qəpik, oynayır. Hər şey sadədir”, deyə Mourinyo özünəməxsus tərzdə jurnalistləri barmağına dolayıb.

33 oyundan 78 xal toplamış “Fənərbağça” Türkiyə Super Liqasının yarış cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Super Liqaya 86 xalla çempion “Qalatasaray” başçılıq edir.

Seçilən
0
arena.az

1Mənbələr