AZ

“Qarabağ” 10 pillə irəlilədi, “Zirə” 13 pillə gerilədi

Azərbaycanın “Qarabağ”, “Zirə”, “Sabah” və “Araz-Naxçıvan” klublarının dünya reytinqindəki mövqeləri müəyyənləşib.

Arena.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) bu gün klubların yeni dünya reytinqini açıqlayıb.

İFFHS-in cədvəlində planetin 499 ən yaxşı komandası yer alıb. Siyahıda Azərbaycanı 4 klub təmsil edib. “Qarabağ” 143,5 xalla dünyada 114-cüdür. Ağdam klubu ötən ayla müqayisədə 10 pillə irəliləyib.

94,5 xalla 233-cü olan “Zirə” 13 pillə geriləyib. 26 pillə irəliləyən “Sabah” 68,5 xalla 367-cidir. “Araz-Naxçıvan” da 38 pilləlik sıçrayışla (58,75 xal) 454-cü olub.

Dünya reytinqinə 490 xalı olan Madrid “Real”ı rəhbərlik edir. İspaniyanın digər nəhəngi “Barselona” 434 xalla ikincidir. İlk üçlüyü İtaliyanın “İnter” klubu qapayır – 390 xal.

Reytinq siyahısının ilk 20 pilləsində qərarlaşmış komandaların siyahısını təqdim edirik:

  1. “Real” (Madrid, İspaniya) – 490 xal
  2. “Barselona” (İspaniya) – 434
  3. “İnter” (Milan, İtaliya) – 390
  4. “Arsenal” (İngiltərə) – 365
  5. “Liverpul” (İngiltərə) – 346
  6. PSJ (Fransa) – 342
  7. “Bayern” (Almaniya) – 342
  8. “Borussiya” (Dortmund, Almaniya) – 333
  9. “Bayer” (Almaniya) – 332
  10. “Atalanta” (İtaliya) – 328
  11. “Atletiko” (Madrid, İspaniya) – 324
  12. “Aston Villa” (İngiltərə) – 317
  13. “Botafoqo” (Braziliya) – 303
  14. “Flamenqo” (Braziliya) – 299
  15. “Atletik” (Bilbao, İspaniya) – 299
  16. “Yuventus” (İtaliya) – 290
  17. “Çelsi” (İngiltərə) – 289
  18. “Latsio” (İtaliya) – 288
  19. “Mançester Siti” (İngiltərə) – 269
  20. “Mançester Yunayted” (İngiltərə) – 266
Seçilən
0
arena.az

1Mənbələr