Vüsal İsgəndərli Türkiyənin 1-ci liqasında növbəti oyununa çıxıb.
"Football-plus.az" xəbər verir ki, həmyerlimizin çıxış etdiyi “Boluspor” 38-ci tur çərçivəsində səfərdə “Adanaspor”la qarşılaşıb.
Vüsal start heyətində yer alıb və görüşü əvəzolunmadan keçirib.
Matç Bolu klubunun 7:0 hesablı qələbəsi ilə başa çatıb. 19-cu dəqiqədə sarı vərəqə ilə cəzalanan İsgəndərli 36-cı dəqiqədə də məhsuldar ötürmə müəllifi olub. Həmyerlimizin ötürməsindən sonra Florent Hasani “Boluspor”un 5-ci qolunu vurub.
Qeyd edək ki, “Boluspor” bu qələbə sayəsində xallarının sayını 61-ə çatdırmaqla mövsümü 7-ci yerdə tamamlayıb. Bununla da komanda superliqaya vəsiqə uğrunda pley-off matçlarında iştirak etmək hüququ qazanıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta