AZ

Kamal Kılıçdaroğlunun paylaşımını iqtidaryönlülər dəstəklədi, müxaliflər qınadı


Terror təşkilatı PKK-nın silahı yerə qoyması və Terrordan Azad Türkiyə prosesi ilə bağlı Analar Günü münasibətilə X hesabında mesaj paylaşan keçmiş CHP sədri Kamal Kılıçdaroğlu hökumətə yaxın hesablardan dəstək alıb.

“TARİXİ ADDIM”
Terror təşkilatı PKK-nın heç bir şərt olmadan silahı yerə qoyaraq özünü buraxmasını "tarixi addım" olaraq xarakterizə edən Kılıçdaroğlu, "Bu gün ayrılıq deyil, birlik, qarşıdurma deyil, barışıq zamanıdır" deyə qeyd edib. X social şəbəkəsində 1 milyon dəfə baxılan Kılıçdaroğlunun mesajı müxaliflər tərəfindən tənqid edilsə də, hökumətə yaxın izləyicilərbunu dəstəkləyib.
“SİZDƏN DƏ XOŞ SÖZ EŞİTMƏK OLARMIŞ”
Hakimiyyət yönlü jurnalist Mustafa Albayrak “Ömrümüzün sonunda sizdən dəyaxşı sözlər eşidərmişik” yazdığı haldaFatih Tezcan, "Bu adamı bu postu paylaşmağa məcbur etdiniz... Aferin... Həqiqətən də böyük iş... Terrorsuz bir Türkiyə o qədər güclü gəlir ki, buna qarşı çıxan hər kəs məhv olacaq... Allah razı olsun..." – deyə Fatih Tezcan ironiya ilə qeyd edib.

Surxay Əliyev

Seçilən
0
baki-xeber.com

1Mənbələr