AZ

"Qarabağ" dünya reytinqində irəlilədi – "Başakşehir" və "Nyukasl"ı geridə qoydu

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) aprel ayı üçün dünya klublarının reytinq cədvəlini açıqlayıb.

Operativ Media xəbər verir ki, 501 klubun yer aldığı siyahıda Azərbaycan Premyer Liqasının 4 təmsilçisi də yer alıb: “Qarabağ”, “Zirə”, “Sabah” və “Araz-Naxçıvan”.

Ağdam təmsilçisi 143,5 xalla 124-cü yerdən 114-cü pilləyə yüksəlib. “Köhlən atlar” “Başakşehir” (143 xal), “Nyukasl” (138) və “Şaxtyor” (137,75) kimi klubları qabaqlayırlar. 

“Zirə” 220-ci sıradan 233-cü yerə (94,5) düşüb. “Qartallar”dan bir pillə Çinin “Şanxay Şenxua” klubudur (94,75). Rəşad Sadıqovun komandası “Volfsburq”u (93) qabaqlayır.

“Sabah” isə sıçrayış edərək 393-cü pillədən 367-ci yerə yüksəlib (68,5). “Araz-Naxçıvan” də mövqeyini yaxşılaşdırıb: Elmar Baxşıyevin kollekitivi 492-ci sıradan 454-cü pilləyə yüksəlib (58,75). 

Qeyd edək ki, reytinqə 490 xalla İspaniya nəhəngi “Real” başçılıq edir.

Seçilən
0
operativmedia.az

1Mənbələr