AZ

Vəkillər Kollegiyasının sədri və qonaqlar Gəncədə “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış oldu

Məlum olduğu kimi, mayın 8-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) təşkilatçılığı ilə Gəncə şəhərinin mərkəzində Gəncə Regional Vəkil Bürosunun yeni inzibati binasının rəsmi açılış mərasimi keçirilib. Eyni zamanda “Konstitusiya və Suverenlik İli” çərçivəsində həmin gün ARVK-nın təşkilatçılığı ilə Gəncə Regional Vəkil Bürosunun yeni inzibati binasında “Müasir Konstitusiyamızın banisi Ulu Öndər Heydər Əliyev” mövzusunda elmi-praktiki konfrans təşkil edilib.

Viral.az xəbər verir ki, mərasim çərçivəsində Azərbaycan Respublikası Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsində sektor müdiri Otari Qvaladze, Kollegiyanın sədri Anar Bağırov, Türkiyənin İzmir Barosunun vəkilləri Forough Amirabedinlə Afhan Topel Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 2 saylı Gəncə “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.

Mərkəzin rəhbəri Fərid Yaqubov qonaqları səmimi salamlayaraq “ASAN xidmət” konsepsiyası, göstərilən xidmətlər, innovativ yanaşmalar və mərkəzin fəaliyyət mexanizmi barədə ətraflı məlumat verib.

Son Yazılar:

Ziyarət zamanı ARVK-nın sədri Anar Bağırov şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üzrə prosesi şəxsən həyata keçirərək “ASAN xidmət”in vətəndaşlara göstərdiyi operativ və şəffaf xidmətin praktik tətbiqini nümayiş etdirib.

Türkiyəli vəkillər 2 saylı Gəncə “ASAN xidmət” mərkəzində yaradılan şərait, göstərilən xidmətlərin keyfiyyəti və rəqəmsallaşma səviyyəsinin onlarda yüksək təəssürat yaratdığını bildirib.

 

1 (5) 4ae58c129a9ba019f732de1bdcbd9537

 

2 (5) e386487ec5501d08243194fa0ae6e1ec

 

3 (4) 593e32c1b844f9b8f7e42e5ada7b6c68

 

6 (2)

 

7 (2) 5b61e2802a39e6c003ea503c864002a0

 

8 3981c4cfac2c61876f551c35e09e16bd

 

10 07708b60ce6b433b7024ab3e66086900

 

9 bfd168b3a25382f57d7427ada3ae537f

 

11 b33421de35be363402c6c36192bef523

 

12 5c19381b1eed53486c60dc62581ea51a

 

13 015a2abf37ce622bf656392403fad798

 

Seçilən
0
10
viral.az

10Mənbələr