AZ

Bu gün imtahan var 

Dövlət İmtahan Mərkəzi (DİM) mayın 11-də qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün test imtahanı təşkil edəcək.



Mərkəzdən Referans- a bildirilib ki, imtahan Bakı şəhərində DİM-in elektron imtahanlar korpusunda (Binəqədi rayonu, S.S.Axundov, 50) keçiriləcək. Bu imtahanda 157 nəfərin iştirakı gözlənilir.



İmtahanların idarə olunmasına 1 ümumi imtahan rəhbəri, 2 imtahan rəhbəri, 9 nəzarətçi, 3 buraxılışı rejimi əməkdaşı (mühafizə) ayrılıb.



İmtahan saat 11:00-da başlanacaq. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmayacaq. İmtahan 1 saat davam edəcək.



Namizədlər imtahana gələrkən kalkulyator və aşağıda qeyd olunan sənədləri gətirməlidirlər: - Şəxsiyyəti təsdiq edən sənədin əsli; - İmtahana buraxılış vərəqəsi. İmtahan 9 istiqamət üzrə keçirilir. İmtahanda namizədlərə müvafiq istiqamət üzrə 30 test tapşırığı təqdim olunur. 



Test tapşırıqlarının düzgün cavabları 1, 2 və ya 3 balla qiymətləndirilir. İmtahanda maksimum 60 bal toplamaq olar. 30 bal və daha çox nəticə əldə etmiş namizəd imtahandan müvəffəqiyyətlə keçmiş hesab olunur. İmtahan qaydaları ilə bağlı “Yaddaş kitabçası” DİM-in saytında yerləşdirilib.

Seçilən
0
16
referans.az

10Mənbələr