AZ

Bu gün İran və ABŞ arasında nüvə danışıqlarının 4-cü raundu keçiriləcək

ABŞ rəsmilərinin İranın uranı zənginləşdirməsinə qarşı artan etirazları fonunda bu gün iki dövlət arasında nüvə danışıqlarının 4-cü raundu keçiriləcək.

Teleqraf “The Times of Israel”ə istinadən xəbər verir ki, Omanın vasitəçiliyi ilə keçiriləcək danışıqlar bu ölkənin paytaxtı Məsqət şəhərində baş tutacaq.

Hər iki tərəf əvvəlki danışıqlardan sonra müəyyən irəliləyişin olduğunu bildirsə də, rəsmi Tehranın "müzakirə edilməz”, ABŞ-nin isə "qırmızı xətt" adlandırdığı məsələlərlə bağlı fikir ayrılıqları qalmaqdadır.

Xatırladaq ki, danışıqların bu raundu 3 may tarixində keçirilməli olsa da, sonradan təxirə salınmışdı.
Seçilən
0
2
sherg.az

3Mənbələr