AZ

Rusiya nümayəndə heyəti İstanbula gedəcək – Putinin köməkçisi

İstanbulda keçiriləcək danışıqlarda Rusiya nümayəndə heyəti ilə təmsil olunacaq.

Musavat.com xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə bildirib. Onun sözlərinə görə, heyıtin tərkibinə kimin daxil olacağı barədə məlumat daha sonra açıqlanacaq.

İstanbuldakı danışıqlarda Rusiya tərəfini kimin təmsil edəcəyi ilə bağlı suala diplomat “Biz nümayəndə heyəti göndərəcəyik” cavabını verib.

Danışıqlarda Rusiya Federasiyasını diplomatların və ya hərbçilərin təmsil edib-etməyəcəyi ilə bağlı sualı cavablandıran Uşakov qeyd edib: “Bu barədə məlumat veriləcək”.

Qeyd edək ki, ABŞ, Avropa İttifaqı və Ukraynanın 30 günlük şərtsiz atəşkəs təklfinə Rusiya prezidenti Vladimir Putin mayın 15-də İstanbulda Ukrayna və Rusiya arasında birbaşa danışıqların bərpası təklifi ilə cavab verib.

Musavat.com

Seçilən
0
2
musavat.com

10Mənbələr