AZ

KİV: ABŞ Almaniyanın Ukraynaya 100 “Patriot” raketini verməsinə razılıq verib

ABŞ Almaniyanın Ukraynaya “Patriot” HHM kompleksləri üçün 100 raket və 125 uzaqmənzilli raket verməsinə razılıq verib.

“Report” xəbər verir ki, bu barədə “The New York Times” (NYT) ABŞ Konqresindəki mənbəyə istinadən məlumat yayıb.

“Kritik dərəcədə vacib olan silahlar Amerika Birləşmiş Ştatlarında istehsal olunur və Amerika hökumətinin razılığı olmadan – hətta başqa ölkənin mülkiyyətində olsa belə – ixrac edilə bilməz”, – məlumatda vurğulanıb.

Xatırladaq ki, may ayının əvvəlində ABŞ Dövlət Departamentinin Ukraynaya silah ixracı üçün lisenziya barədə Konqresə məlumat verdiyi bəlli olmuşdu. Müqavilənin məbləği 50 milyon dollar və daha çox təşkil edirdi. Bundan başqa, təxminən bir həftə əvvəl ABŞ Dövlət Departamenti F-16 qırıcılarının alınması və dəstəklənməsi üzrə paketi təsdiqləyib.

Seçilən
0
2
report.az

3Mənbələr