Rusiya Prezidenti Vladimir Putin Çin sədri Si Szinpinlə söhbətində təsdiqləyib ki, Ukrayna üzrə ilkin şərt olmadan sülh danışıqlarına hazırdır.
Axar.az xəbər verir ki, bunu Çin xarici işlər naziri Van Yi bildirib.
"Prezident Putin Ukrayna böhranı (Rusiyanın Ukraynaya qarşı apardığı müharibə, - red.) ilə bağlı Çinin obyektiv və ədalətli mövqeyini yüksək qiymətləndirdi və ədalətli və davamlı sülh sazişinin əldə olunmasına ümid edərək, ilkin şərt olmadan sülh danışıqlarına başlamağa hazır olduğunu bildirdi", - Yi söyləyib.
Qeyd edək ki, Si Szinpin mayın 7-dən 10-dək Moskvada səfərdə olub.