AZ

"Bakıdakı tıxaclara görə bunu edə bilmirəm"

Xalq artisti Aygün Bayramova "Sabahın xeyir, Azərbaycan" verilişinə müsahibəsində niyə efirlərə gec-gec çıxdığını açıqlayıb.

"Ölkə.az" xəbər verir ki, sənətçi buna Bakıdakı tıxacların səbəb olduğunu vurğulayıb:

"Bilirsiniz ki, şəhərdə nə qədər tıxac var. Başqa yaradıcıllıq işlərim də var. Ona görə də çatdırmaq olmur. Televiziyalara məni dəvət edirlər, hər birinə hörmətim var. Ancaq vaxt baxımından alınmır". 

A.Bayramova həmkarlarına bəzi məsləhətlər verib:

"Sənət adamı, ən çox da xanımlara aiddir, səhnədə şarm olmalıdır. Bununla bərabər, mütləq özlərinə diqqət etməlidirlər. Hər səhnənin öz geyim tərzi var. Çoxu bunu başa düşməyib. Televiyanın, böyük səhnənin öz libası, saç düzümü var. Hər bir sənət adamı buna fikir verməlidir".

Seçilən
0
1
olke.az

10Mənbələr