AZ

"Neftçi" Tovuzda 3 xal qazandı

Futbol üzrə Misli Premyer Liqasında XXXIV turun daha bir oyunu keçirilib.

 

Modern.az xəbər verir ki, "Turan Tovuz" doğma meydanda "Neftçi" ilə qarşılaşıb. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Bu nəticədən sonra xallarını 40-a yüksəldən “Neftçi” 6-cı pillədə qərarlaşıb. 49 xallı “Turan Tovuz” isə dördüncü yerdədir.

 

Qeyd edək ki, turun daha əvvəl baş tutan oyunlarında “Sabah” “Şamaxı”nı 3:1, “Zirə” isə “Səbail”i 1:0 hesabı ilə üstələyib.

Seçilən
0
11
modern.az

10Mənbələr