Qadınlar arasında dünya çempionatında komanda sayı 32-dən 48-ə artırılıb.
Bizim.Media xəbər verir ki, FİFA Şurası bu barədə qərar qəbul edib.
Qurumun mətbuat xidmətinin yaydığı məlumata görə, 48 komandanın iştirak edəcəyi dünya çempionatı 2031-ci ildə Şimali Amerikada keçiriləcək. 2027-ci ildə Braziliyada təşkil olunacaq yarışda isə əvvəlki kimi 32 yığma iştirak edəcək.
2031-ci ildəki turnirdə 12 qrup olacaq ki, bu da ümumi oyun sayının 64-dən 104-ə yüksəlməsi deməkdir.
Xatırladaq ki, daha əvvəl 2026-cı ildə kişilər arasında keçiriləcək dünya çempionatı üçün də komanda sayı 32-dən 48-ə qaldırılıb.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta