AZ

Prezident Ağdamda - Çıxışın TAM MƏTN + FOTOLAR (Yenilənir)

Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər.

Mia.az xəbər verir ki, mədəniyyət naziri Adil Kərimli dövlətimizin başçısına və birinci xanıma burada yaradılan şərait barədə məlumat verib.

Prezident İlham Əliyevin

çıxışı

x x x

X X X

Xalq artisti Bəyimxanım Cavanşirova-Verdiyeva: Bu gün Azərbaycan muğamının təntənəsidir. Bu gün ən gözəl gündür. Doğma Qarabağımızda Ulu Öndərimizin ruhu şaddır. Xatirinizdədirsə, həmişə o, öz çıxışlarında deyərdi ki, biz Qarabağa qayıdacağıq. Bu gün həmin gündür. Ruhu şad olsun. Çox-çox təşəkkür edirik, minnətdarıq Sizə. Var olun hamınız. Sağ olun.

Prezident İlham Əliyev: Sağ olun.

Bəyimxanım Cavanşirova-Verdiyeva: Allah Sizi var eləsin.

Prezident İlham Əliyev: Sizi bir daha təbrik edirəm, həmişə toy-bayram olsun Qarabağda, Azərbaycanın hər bir guşəsində.

Bəyimxanım Cavanşirova-Verdiyeva: Amin. Xalqa ruh verən Sizsiniz. Allah Sizi var eləsin.

Prezident İlham Əliyev: Qəhrəmanlarımız da bizimlə bərabərdirlər. Onları alqışlayaq.

Birinci Qarabağ müharibəsi qazisi Rey Kərimoğlu: Cənab Prezident, Siz bu millətə sahib çıxdınız. Mən özüm Birinci Qarabağ müharibəsinin qazisiyəm. Amma yiyəmiz olmadı o vaxt. Siz millətə sahib çıxdınız. Sizinlə fəxr edirik. Allah Sizi qorusun. Allah Sizi var eləsin.

Xalq artisti Ramiz Quliyev: Möhtərəm cənab Prezident, əzizimiz, çox gözəl xanım, canımız, ciyərimiz. Siz bizə gözəl bir gün bəxş etdiniz. Cənab Prezident, gözəl bir gündür. Ulu Öndərin 102-ci ildönümü günüdür, ruhu şad olsun. Yüz illər ötsə də Ulu Öndərin xatirəsi yaşayacaq. Necə ki, Qarabağı bu cür düzəltdiniz, yüz illər gəlib gedəcək, dünyanın bütün ölkələri Sizdən nümunə götürəcək, bu gün də götürür. Muğam da var, xalqımız da var, Siz də varsınız. Sizi bağrıma basıram. Çox sağ olun, var olun.

Prezident İlham Əliyev: Sağ olun.

Qazi Qəhrəman Hüseynov: Cənab Prezident, ömrümün bu çağında Allaha yalvarmışam ki, Sizinlə görüşə bilim. Bir dəqiqə Sizinlə görüşərdim.

Prezident İlham Əliyev: Gəl, gəl görüşək.

Qazi Qəhrəman Hüseynov: Şükür İlahi. Mehriban xanım, xoş gördük. Gecələr Allaha yalvarırdım, ay Allah, Prezidentimlə görüşüm.

Ağır gündə zireh geyən,

Düşmənlərin qəddin əyən,

El yığılıb alqışlayan

Rəhbərimə salam olsun!

Zəfərlərə meydan quran,

Keşiyində məğrur duran,

Yağı başa yumruq vuran

Rəhbərimə salam olsun!

Heydər baba dərsin alan,

Yağıları lərzəyə salan,

Qalib yazıb, qalib olan

Rəhbərimə salam olsun!

Əməlləri işıq saçan,

Səmasında qartal uçan,

Turanlara yollar açan

Rəhbərimə salam olsun!

Qəhrəmanlar vüqarından,

Ağdamlılar baharından,

Şəhidlərin diyarından

Rəhbərimə salam olsun!

Prezident İlham Əliyev: Çox sağ olun.

Sevinc Alızadə: Cənab Prezident, Sizə təşəkkür etmək istəyirəm. Mən şəhid polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşıyam, həm də “Zəfər” təşkilatının sədriyəm.

Prezident İlham Əliyev: Tanıyıram. Allah rəhmət eləsin.

Sevinc Alızadə: Mehriban xanım həmişə bizə dəstək olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib.

Mia.az xəbər verir ki, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov dövlətimizin başçısına əvvəlcə “Bərdə-Ağdam dəmir yolu xətti” layihəsi, Bərdə-Ağdam-Xankəndi dəmir yolunun tikintisi, Xankəndi dəmir yolu və avtovağzal kompleksi barədə məlumat verdilər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam rayonunun Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak edib.

Mia.az xəbər verir ki, dövlət başçısı burada yerli icra strukturları üçün inşa olunmuş çoxfunksiyalı inzibati binada, klub-icma mərkəzində, Kəngərli kənd tam orta məktəbində, körpələr evi-uşaq bağçasında və yeni inşa edilmiş fərdi evlərdə yaradılan şəraitlə tanış olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam rayonunun Kəngərli kəndinə köçən sakinlərlə görüşüb, onlara evlərin açarlarını təqdim edib.

Mia.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. 

Seçilən
0
28
mia.az

10Mənbələr