Bakının Nərimanov rayonunda avtomobillərin nizamsız və sıx şəkildə park edilməsi nəqliyyatın və piyadaların hərəkətinə ciddi əngəl yaradır.
Patrulaz.az-ın məlumatına görə, Aşıq Molla Cümə küçəsində fəaliyyət göstərən “URFA SOFRASI” restoranının qarşısı müxtəlif markalı avtomobillərlə doludur. Yolun bir tərəfinin zəbt olunması nəticəsində nə digər maşınlar rahat keçə bilir, nə də piyadalar üçün təhlükəsiz hərəkət imkanı qalır.
Əldə olunan görüntülərdən aydın görünür ki, piyadalar avtomobillərin kənarlarda park edilməsi səbəbindən yolun ortası ilə hərəkət edərək həyatlarını təhlükəyə atırlar.
Bənzər vəziyyət yaxınlıqdakı “Gloria Flowers” gül salonunun yanında da müşahidə olunur.
Ərazi sakinləri bu vəziyyətdən ciddi narazılıq ifadə edərək aidiyyəti qurumlardan təcili tədbir görülməsini xahiş edirlər.