AZ

Samir Abasov: Növbəti mövsüm üçün planlar var

BAKI, 10 may. TELEQRAF

"Turnir cədvəlində iddiası olmayan komandanı motivasiya verərək meydana çıxarmaq çətindir. Həm də itkilərimiz var idi. Nominal mərkəz müdafiəçimiz yox idi. Çətindir, amma rastımıza çətinliklər çox çıxıb. Soyunub-geyinmə otağında rəqibin durumunun bizim üçün önəmli olduğunu deyirik. Çünki rəqiblərimiz avrokuboklar uğrunda mübarizədə xallar qazanmaq istəyirlər. Bizə də xal lazım olanda heç bir rəqibi asanlıqla udmuruq. Başqa komandaların da bizim üzərimizdə belə rahatlığın olmasını istəmirəm. Futbolçulara meydana çıxarkən əynindəki köynəyə baxmalı olduqlarını deyirəm. "Neftçi" futbolçusu hər şeydən və hər kəsdən üstündür".

Teleqraf xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov səfərdə "Turan Tovuz"a 2:1 hesabı ilə məğlub etdikləri Azərbaycan Premyer Liqasının XXXIV tur matçından sonra mətbuat konfransında deyib.

47 yaşlı mütəxəssis növbəti mövsümlə bağlı söz açıb: "Planlar var. Hər oyundan sonra günlərlə, saatlarla oturulub danışılır. "Neftçi"nin azarkeşinə söz deməyə ehtiyac yoxdur. Onlara vədlər çox verilib. Mənim dediyim də söz olaraq qala bilər. Bu cür oyunlarla, qələbələrlə özümüz göstərməyə çalışmalıyıq".

Seçilən
0
teleqraf.com

1Mənbələr