AZ

Tanınmış aktyordan məhkəmə qarşısında ETİRAF

Tanınmış aktyordan məhkəmə qarşısında ETİRAFTanınmış aktyor Halit Ergenç və Rıza Kocaoğlu Gezi Parkı istintaqı çərçivəsində "yalançı ifadə vermək" ittihamı ilə İstanbul 24-cü Asliye Cəza Məhkəməsində ifadə veriblər.

Milli.Az xəbər verir ki, Ergenç məhkəmədə şəxsiyyətini təsdiqləyərkən aylıq gəlirinin 300 min TL olduğunu bildirib. Rıza Kocaoğlu isə 200 min TL qazandığını deyib.

Halit Ergençin "300 min TL qazanıram" açıqlaması sosial mediada böyük rezonans doğurub. İstifadəçilər bu rəqəmə şübhə ilə yanaşıb, "Oskara layiq açıqlama" kimi ironik şərhlər yazıblar.

Qeyd edək ki, Halit Ergençin Mehmet Ali Alabora ilə görüşünün səbəbi aktyorlar birliyinin rəhbəri olması olub və Gezi Parkına yalnız ağacların kəsilməsinə etiraz üçün qatılıb . O, istintaqda səmimi cavab verdiyini də vurğulayıb.

Rıza Kocaoğlu isə Ayşe Barımla heç bir əlaqəsinin olmadığını qeyd edib və Gezi hadisələrinə yalnız ekoloji səbəblərlə qatıldığını bildirib.

Seçilən
0
4
sonxeber.az

10Mənbələr