"Football-plus.az" xəbər verir ki, o, AFFA-nın mətbuat xidmətinə açıqlamasında qələbəyə baxmayaraq, oyunun çətin olduğunu deyib:
"Xüsusən də, birinci hissə bizim üçün çətin keçdi. Ancaq fasilə ərəfəsində vurduğum qoldan sonra komanda daha inamlı oynamağa başladı. Baş məşqçimiz Aqil Nəbiyevin tapşırıqlarını meydanda reallaşdıraraq, qələbə qazanmağı bacardıq. Aqil müəllimin bu qələbədə rolu böyük oldu. Həm taktiki gedişləri, həm də kollektivlə motivasiyalı söhbətləri bizə əlavə güc qatdı. Nəticədə inamlı qələbə qazandıq”.
44-cü dəqiqədə hesabı açan 15 yaşlı hücumçu həmin epizodda rəqibin qapıçısından səhv gözlədiyini söyləyib:
“Oyundan əvvəl Belarus yığmasının qapıçısını təhlil etmişdik. Bilirdik ki, ancaq sağ ayağı ilə oynayır. Qol epizodunda isə qapıçının topu sol ayağına keçirdiyini görəndə üstünə qaçdım və topu ələ keçirərək qapıdan keçirdim”.
Futbolçu sabah Belarusun U-16 komandasına qarşı keçiriləcək ikinci yoxlama görüşü barədə də fikirlərini bölüşüb:
“Belarusla ikinci oyunumuz da çətin olacaq. İlk matçdakı çıxışımızı sərgilməyə çalışacağıq. Ümid edirəm ki, həmin oyunda da qələbə qazanacağıq”.
Qeyd edək ki, sabah Binə stadionunda keçiriləcək Azərbaycan (U-16) – Belarus (U-16) qarşılaşması saat 17.00-da başlayacaq.