AZ

İtkin düşən qadının su kanalında boğulduğu ehtimal edilirVİDEO

Ağdaşda ötən gün itkin düşən qadının su kanalına yıxılaraq boğulduğu ehtimal edilir.

Xezerxeber.az-ın məlumatına görə, ötən gün axşam saatlarında rayonun Ağcayazı kənd sakini, 66 yaşlı Nazilə Əkbərova evdən çıxıb və geri qayıtmayıb.

Dərhal qadının axtarışlarına başlanılıb. Axtarışlar zamanı Nazilə Əkbərovaya məxsus geyim əşyaları yaşadığı evin yaxınlığından keçən Şirvan kanalının kənarında aşkar edilib. İlkin ehtimala görə, o, kanala yıxılaraq boğulub. Yaxınlarının sözlərinə görə, qadın qaraciyər sirrozundan əziyyət çəkib. 

Nazilə Əkbərovanın hansı şəraitdə kanala düşməsi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 

Seçilən
0
xezerxeber.az

1Mənbələr