Azərbaycanda kredit faizləri nə zaman aşağı düşəcək?- VİDEO
Bəzi banklar istər istehlak, istər bizness, istərsə də ipoteka kreditlərinin faizlərini təxminən 3-4 % bahalaşdırıb. Ajans.az xəbər verir ki, iqtisadçı ekspert Xalid Kərimli deyir ki, kredit faizlərinin bahalaşmasının əsas səbəblərindən biri 2023-cü ilin sonundan başlayaraq Mərkəzi Bank tərəfindən məcburi ehtiyat normalarının artırılmasıdır. Digər səbəb isə depozit faizlərinin yüksəlməsi də kreditlərin bahalaşmasına gətirib çıxardı. Xalid Kərimli kredit faizlərinin enib-enməyəcəyi ehtimalından da danışıb. Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.