Misli Premyer Liqasında 34-cü turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, dünən bir oyunla start götürən tur çərçivəsində bu gün daha iki qarşılaşma baş tutacaq.
Günün ilk oyununda "Səbail" "Zirə"ni qəbul edib. Rəşad Sadıqovun komandası avrokuboka vəsiqəni və gümüş medalları təmin etsə də, elitada qalmağa can atan "dənizçilər"i də məğlub edib. "Səbail" matça əlavə olunmuş dəqiqələrdə buraxdığı yeganə qola üzülüb. Beləliklə, bakılıların I Liqaya düşməsi rəsmiləşib.
Günə "Turan Tovuz" - "Neftçi" qarşılaşması ilə yekun vurulacaq. Son 9 turda cəmi bir qələbə qazanan, son 3 oyunda 3 xala həsrət qalan qərb təmsilçis doğma meydanda, hədəfi qalmayan "Neftçi" ilə matçda tilsimi qırmağa çalışacaq.
Turun açılış oyununda "Sabah" "Şamaxı"nı 3:1 üstələyib. Sabah isə "Kəpəz" "Sumqayıt"ı, "Qarabağ" isə "Araz-Naxçıvan"ı sınağa çəkəcək.
Misli Premyer Liqası
34-cü tur
10 may
“Səbail” – “Zirə” 0:1
Qol: Davit Volkov, 90+2.
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Kərim Zeynalov, Elvin Bayramov.
VAR: Kamal Umudlu, Elşad Abdullayev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
“ASCO Arena”
“Səbail”: 12. Əlirza Müştəbazadə, 22. Mirabdulla Abbasov, 96. İlkin Muradov, 20. Mert Çelik, 11. Rüfət Abdullazadə, 83. Nihad Quliyev, 16. Emin Rüstəmov, 10. David Qomis (k), 3. Dmitro Litvin, 7. Madi Queta, 14. Suleyman Alluş.
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev, 25. Nicat Məmmədzadə, 74. Yusif Nəbiyev, 77. Fərid Nəbiyev, 18. Süleyman Əhmədov, 67. Rəvan Abasov, 88. Hacıəli Şirəliyev, 44. Amir Bilali, 99. İnnosent Nşuti, 4. Marko Nikoliç, 5. Gitay Sofir.
Baş məşqçi: Əbdülqəni Nurməmmədov.
“Zirə”: 41. Anar Nəzirov (k), 7. Məqsəd İsayev, 14. Elçin Əlicanov, 11. Rüstəm Əhmədzadə, 5. Stefan Aka, 90. Davit Volkov, 10. Giorgi Papunaşvili, 30. Rikardo Martins, 3. Ange Mutsinzi, 6. Eldar Quliyev, 19. Salifu Suma.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 99. Səlim Həşimov, 29. Ceyhun Nuriyev, 53. Şahmar Aşurov, 91. Murad Ələkbərov, 48. Ramiz Muradov, 43. Əhliman Süleymanzadə, 4. Ruan Renato, 70. İssa Cibrila, 18. Martins Junior, 17. Ayron Qomis.
Baş məşqçi: Rəşad Sadıqov.
“Turan Tovuz” – “Neftçi” 0:0 (1-ci hissə)
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Teymur Teymurov, Kamranbəy Rəhimov.
VAR: Nicat İsmayıllı, Cəmil Quliyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Tovuz şəhər stadionu.
“Turan Tovuz”: 41. Sergey Samok, 19. Orxan Əliyev, 17. Rəhim Sadıxov, 88. Faiq Hacıyev, 7. İsmayıl Zülfüqarlı, 9. Kristian da Silva, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman (k), 32. Hayderson Hurtado, 40. Kauan Martins, 21. Aleks Souza.
Ehtiyat oyunçular: 1. İvan Konovalov, 71. Mehman Hacıyev, 39. Sadiq Quliyev, 33. Eltun Turabov, 10. Xəyal Nəcəfov, 8. Tural Bayramlı, 13. Fərid Yusifli, 77. Veysəl Rzayev, 30. Mircamal Əlizadə, 5. Roderik Miller, 6. Araş Qaderi, 29. Anton Kraçkovski.
Baş məşqçi: Kurban Berdiyev.
“Neftçi”: 93. Rza Cəfərov (k), 10. Filip Ozobiç, 8. Emin Mahmudov, 19. Azər Salahlı, 91. Ağadadaş Salyanski, 14. Edvin Kuç, 99. Ervin Koffi, 24. Mustafa Sek, 9. Bassala Sambu, 22. Dembo Darboe, 11. Aleks Fernandes.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 30. Rustam Samigullin, 17. Rəhman Hacıyev, 67. Fariz Xeyrullayev, 78. Elcan Əbilov, 86. Aslan Şirinov, 47. Murad Məmmədov, 88. Andrey Ştoqrin, 18. Ryonosuke Ohori.
Baş məşqçi: Samir Abasov.