AZ

Messi haqda bəd xəbər yayıldı: “Arvadından boşanacaq”

Məşhur kubalı astroloq, xanım Meni Vidente bəyan edib ki, argentinalı ulduz Lionel Messi tezliklə arvadı Antonelladan boşanacaq.

Arena.az bu barədə “La Repubblica” dərgisinə istinadən məlumat verir.

Astroloq xanım müsahibəsində iddia edib ki, “Leo” başqa bir qadınla eşq yaşayır, Antonella isə tezliklə digər bir kişi ilə münasibət quracaq.

Mənbə bildirib ki, müvafiq iddianı, astroloqun insayderlərdən əldə etdiyi, yoxsa fövqəladə surətdə ruhi aləmdə gördüyü haqda məlumatı yoxdur. Amma mənbə eyni zamanda vurğulayır ki, Meni Vidente təxminlərinin böyük əksəriyyətinin gerçəkləşməsi ilə məşhuri-cahandır.

Antonellanın “Leo”ya münasibətinə dair xanım Vidente birbaşa bildirib: “O, daha Lionelə dözə bilmir”,

Xatırladaq ki, Lionel Messi və Antonella Rokutso yeniyetməlik çağlarından birlikdədirlər və üç övlad böyüdürlər.

Seçilən
0
arena.az

1Mənbələr