Bakı. Trend:
Türkiyənin Çanaqqala şəhərində dəhşətli zəncirvari yol-nəqliyyathadisəsi baş verib.
Trend xəbər verirki, hadisə barədə Türkiyə KİV-ləri məlumat yayıb. Məlumata görə,"Truva Turizm" şirkətinə məxsus sərnişin avtobusu odun daşıyan yükmaşını və minik avtomobili ilə toqquşub.
İlkin məlumata əsasən, qəza Çanaqqala-Ezine şosesində,yanacaqdoldurma məntəqəsi yaxınlığında baş verib. Hadisənəticəsində 6 nəfər həyatını itirib, çox sayda insan isə müxtəlifdərəcəli xəsarətlər alıb.
Yaralılar dərhal xəstəxanalara çatdırılıb.
Faktla bağlı araşdırmalara başlanılıb.