AZ

Fransada 127 sərnişin daşıyan kruiz gəmisi barja ilə toqquşub

Fransanın Ron çayında Almaniyadan olan 127 sərnişini daşıyan “Bijou du Rhone” adlı kruiz gəmisi barja ilə toqquşub.

Hakimiyyet.az xarici KİV-ə istinadla xəbər verir ki, toqquşma nəticəsində hər iki gəminin gövdəsi zədələnib, lakin zərbə suyun səviyyəsindən yuxarı hissəyə dəyib. Buna görə də kruiz gəmisinin batma riski olmayıb.

Məlumata görə, barja da ciddi zərər görüb. Hadisə yerinə dərhal fövqəladə hallar xidməti cəlb olunub.

Həmidə İbrahimova

Seçilən
0
3
hakimiyyet.az

4Mənbələr