AZ

Xalq artisti Ceyhun Mirzəyevin qızına görə nazirliyə müraciət etdi

Xalq artisti, Şeyx Əbdül Mahmudbəyov "Ögey ana” və "Fəryad” filmlərinin baş qəhrəmanı, mərhum aktyor Ceyhun Mirzəyevin qızı Cəmalə Mirzəyevanın Rusiya paytaxtında küçədə yaşamasının səbəblərini açıqlayıb. 

 

Aktyor Qaynarinfo-ya açıqlamasında bildirib ki, Ceyhun Mirzəyevin həyat yoldaşı müstəntiq olub və uzun müddət Respublika Prokurorluğunda işləyib:

 

"Onlar gec ailə qurmuşdular. Ceyhun yenidən bərpa olunmuşdu, yaxşı filmlər çəkirdi. Belə bir dönəmdə Ceyhun dünyasını dəyişdi. Rəhmətə gedəndən bir az sonra onun həyat yoldaşı bir gün studiyaya gəldi. Hamımıza dedi ki, daha mən burada qala bilmirəm. Bakı məni Ceyhunsuz sıxır. Burada yaxşı evləri vardı, onu satdı. Nə qədər etdiksə, onu yolundan döndərə bilmədik. Qızını da götürüb getdi Rusiyaya. Qadın dedi ki, mən burada Ceyhunsuz yaşamaq istəmirəm, qohumlarım orada, mən burada. Onlar köçəndə Moskvaya getməyib. Bu qız niyə küçədə qalıb? Çox yaxşı imkanları olub”. 

 

Əbdül Mahmudbəyov uzun müddət Azərbaycanın Rusiyada səfiri olmuş, Milli Məclisin deputatı Polad Bülbüloğluna müraciət edib:

 

"Azərbaycanın Rusiyada səfirliyi var, niyə ora müraciət etməyib? Mədəniyyət Nazirliyinə müracit edirəm, bu məsələ ilə maraqlanmaq lazımdır. İmkan varsa Ceyhun Mirzəyevin qızı qaytaraq Azərbaycana. Ya da onu küçələrə salan səbəblər araşdırılmalıdır. Polad Bülbüloğlunun yaxşı əlaqələri var. Ona müraciət edirəm, belə bir aktyorun qızının taleyinə biganə qalmayaq”. 

 

Qeyd edək ki, "Ögey ana” və "Fəryad” filmlərinin baş qəhrəmanına həyat verən mərhum aktyor Ceyhun Mirzəyevin qızı Cəmalə Mirzəyevanın Rusiyanın paytaxtında küçədə yaşamasına dair faktlar yayımlanıb. Bu barədə "Bizimləsən” verilişində aparıcı Zaur Baxşəliyev bildirib. 

Seçilən
0
6
hit.az

7Mənbələr