Şəki rayonunda yük maşını ilə mikroavtobus toqquşub, xəsarət alanlar var
“İki sahil” xəbər verir ki, hadisə Şəki şəhəri Salman Mümtaz küçəsində qeydə alınıb.
Belə ki, “Ford” markalı yük maşını ilə “Mercedes Vito” markalı mikroavtobusun toqquşması nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, hadisə ilə bağlı araşdırmalara başlanılıb.