İngiltərə premyer-liqasında aprel ayının ən yaxşı futbolçusu müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, nominasiyada “Liverpul”un futbolçusu Aleksis Makallister qalib gəlib.
Yarımmüdafiəçi azarkeşlərin və ekspertlərin səsverməsində Rayan Ayt-Nuri, Jorgen Larsen (hər ikisi “Vulverhempton”), Harvi Barns, Ceykob Mörfi (hər ikisi “Nyukasl”), Morqan Rocers (Aston Villa) və Rayan Sessenyonu (Fulhem) qabaqlayıb.
Makallister aprel ayında premyer-liqada 5 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib. Argentinalı futbolçu karyerasında ilk dəfə bu mükafatı qazanıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta