AZ

Tofiq Yaqublu aclıq aksiyasını dayandırdı

Milli Şuranın və Müsavat Partiyasının həbsdə olan üzvü Tofiq Yaqublu aclıq aksiyasını dayandırıb.

Publika.az xəbər verir ki, bu barədə onun qızı Nigar Həzi sosial mediada məlumat yayıb.

Nigar Həzi Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsində atası ilə görüşdüyünü bildirib:

“Sadəcə mənə, anama, qardaşıma və doğmalarımıza görə bu aclığı dayandırmasını istədim. O da bununla razılaşdı və aclığı dayandırdı. Həkim Adil Qeybulla indi Tofiq Yaqublunun yanındadır”.

Xatırladaq ki, bu gün Tofiq Yaqublunun aclıq aksiyasına başlamasının 40-cı günü idi.

Seçilən
0
5
publika.az

10Mənbələr