Gündəlik həyatda hər kəs zaman-zaman bəzi şeyləri unuda bilir. Açarın harada olduğunu xatırlaya bilməmək, ağlınıza bir ad gətirə bilməmək və ya görüləcək işlər siyahısından bir elementi atlamaq çox vaxt adi hal sayılır.
News24.az-ın xarici KİV-ə istinadən məlumatına görə, mütəxəssislər unutqanlığın gündəlik həyata mənfi təsir etməyə başladığı zaman buna ciddi yanaşmağın lazım olduğunu vurğulayırlar.
Mütəxəssislər bildirir ki, unutqanlıq diaqnozu qoyulan xəstələrin 30-40 faizi dərmanlarını sona qədər istifadə edir. Nə vaxtsa dərmanların dayandırılması isə düzgün deyil.
Həkimlərin fikrincə, hər unutqanlıq demensiyanın başlanğıcı deyil. Amma hər bir unutqanlığa ciddi yanaşmaq və mütləq həkimə müraciət etmək lazımdır. /Manset.az