AZ

"Neftçi" rəhbərliyi susmağa davam etsə...

"Neftçi"nin daha bir uğursuz mövsümü arxada qoyduğunu deyə bilərik.

Komanda ardıcıl ikinci dəfə avrokuboklardan kənarda qaldı.

Nə qədər də ağır cümlədir.

Bir dəfə təsadüfən olar, amma ardıcıl iki mövsüm yaşanan uğursuzluğun tək adı biabırçılıqdır.

Bu qədər böyük tarixi, adı olan klub üçün.

Normalda manşetlər bu hadisə ilə bəzənməli, çıxış yolları axtarılmalı idi.

Gedənlər isə sıraya düzülməliyidi.

Amma əvəzində bir sakitlik hökm sürür.

Futbol ictimaiyyəti sıradan hadisə kimi baxır.

Niyə də yox?

Bu vəziyyəti yaradanlar utansın. Artıq "Neftçi"nin uğursuzluğu adi qəbul etdirilib.

Klub daxilində də səssizlik hökm sürür.

Rəsmilər heç nə olmamış kimi yola davam edəcəkmiş kimi görünür.

Klub rəhbərliyi başverənlərə səssiz qalmalı deyil.

Yararsız əcnəbiləri kluba calayanlar, bunda birbaşa məsuliyyət daşıyanlar qapını arxadan bağlamalıdır.

Ki, Samir Abasovun yeni mövsüm üçün heyət yığmasında əl-ayağa dolaşmasınlar.

Əks halda dəyişən sadəcə zaman olacaq.

Uğursuzluq isə yerində saymağa davam edəcək.

XANOĞLAN İMANOV

Seçilən
0
sportinfo.az

1Mənbələr