AZ

Azərbaycan-Vyetnam münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlir - Kamaləddin Qafarov

Bakı. Trend:

Bu gün Azərbaycanın xarici əlaqələrinin coğrafiyası artıqCənub-Şərqi Asiyaya qədər uzanır. Vyetnam Sosialist Respublikasıilə Azərbaycanın əlaqələri getdikcə daha yüksək dinamika iləinkişaf edir. Bu baxımdan mayın 7-də Vyetnam Kommunist PartiyasınınMərkəzi Komitəsinin Baş katibi To Lamın ölkəmizə rəsmi səfəri dəböyük əhəmiyyət kəsb edir.

Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisindeputatı Kamaləddin Qafarov deyib.

O bildirib ki, keçirdikləri təkbətək və geniş tərkibdəgörüşlərdən sonra hər iki ölkənin dövlət başçıları mətbuatabəyanatlarla çıxış ediblər.

“Öz çıxışında cənab Prezident İlham Əliyev bildirib ki,Azərbaycan və Vyetnam arasında konstruktiv siyasi dialoq mövcuddur.Səfər çərçivəsində imzalanmış sənədlər arasında Azərbaycan iləVyetnam arasında qəbul edilmiş Strateji Tərəfdaşlıq haqqında BirgəBəyanat xüsusilə mühüm əhəmiyyət kədb edir. Bu sənədVyetnam-Azərbaycan əlaqələrini daha yüksək pilləyə qaldırmış oldu.Möhtərəm dövlət başçımızın qeyd etdiyi kimi, artıq buyüksəksəviyyəli münasibətlər gələcək ikitərəfli əməkdaşlıq üçün dəən vacib rol oynayacaqdır.”

Millət vəkili qeyd edib ki, cənab Prezident İlham Əliyevinbəyanatında yer almış fikirlər Azərbaycan-Vyetnam əməkdaşlıqəlaqələrinin əsas inkişaf istiqamətlərinin müəyyənləşdirilməsibaxımından da böyük əhəmiyyət kəsb edir: “Azərbaycan ilə Vyetnambir çox sahələrdə əməkdaşlıq potensialını daha dinamik şəkildəinkişaf etdirmək üçün bütün imkanlara malikdirlər. Mayın 7-dəimzalanmış sənədlərdə də bir çox istiqamətlər üzrə əməkdaşlıqtəşviq olunur.

Cənab Prezident öz bəyanatında vurğuladı ki, aparılan danışıqlarvə əldə edilmiş razılaşmalar qarşılıqlı əməkdaşlıq istiqaməti üzrəçox ciddi addım atıldığını deməyə əsas verir. Vyetnam KommunistPartiyasının Baş katibinin Azərbaycana dövlət səfəri çərçivəsindəbu sənədlərin imzalanması isə onların əhəmiyyətini daha da artırır.Bəyanatda ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində birgəfəaliyyətinin təqdirəlayiq olduğu vurğulandı. Qeyd olundu ki,Vyetnam bir neçə il bundan əvvəl Azərbaycanı BMT TəhlükəsizlikŞurasında çox ciddi şəkildə dəstəkləmişdir.

Eyni zamanda, ölkələrimiz Qoşulmama Hərəkatı çərçivəsindəeffektiv birgə fəaliyyət göstərir. Azərbaycan bu təsisata 4 iluğurla sədrlik etmişdir və bir çox mühüm nailiyyətlərə imza atmağamüvəffəq olmuşdur. Bu gün Qoşulmama Hərəkatının daha nüfuzlutəsisat kimi fəaliyyəti, şübhəsiz ki, həm Azərbaycanın, həm dəVyetnamın maraqlarına uyğun gəlir”.

Seçilən
0
15
az.trend.az

10Mənbələr