İtaliya A Seriyasında aprel ayının ən yaxşı oyunçusu müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, mükafata "Napoli"nin yarımmüdafiəçisi Skott Maktominey layiq görülüb. O, ötən ay 4 oyunda 5 qol vurmağı bacarıb.
Maktominey ötən ilin yayında "Mançester Yunayted"dən "Napoli"yə transfer olunub. Neapol klubu onun üçün 30 milyon avro ödəyib.
Şotlandiyalı futbolçu cari mövsüm 36 oyunda 12 qol vurub və 4 məhsuldar ötürmə edib.