Almaniya kansleri Fridrix Merts Ukraynada müharibənin dayandırılmasına kömək edəcəyi təqdirdə, Rusiya Prezidenti Vladimir Putinlə görüşməyə hazırdır.
“Report” xəbər verir ki, bu barədə “RBK-Ukrayna” “Bild”ə istinadən məlumat yayıb.
"Əgər ehtiyac yaranarsa, əgər bu müharibəyə son qoymağa kömək edərsə, mən bir çox şeyə hazıram", - o bildirib.
F.Mertsin sözlərinə görə, ilk növbədə Ukraynada atəşkəsə nail olmağa diqqət yetirmək lazımdır: "Biz artıq bu həftəsonu məqsədimizə - atəşkəsə nail ola biləcəyimizə baxmalıyıq".