AZ

İraq Pakistandakı xüsusi təyinatlılarını təcili çıxarır

BAKI, 10 may. TELEQRAF

İraq son günlər Hindistanla hərbi gərginliyi artan Pakistandan yüzlərlə hərbçisini qaytarır.

Teleqraf xəbər verir ki, İraq Baş naziri Məhəmməd Sudani ikitərəfli razılaşma əsasında təlimlər üçün Pakistanda olan 500 xüsusi təyinatlı hərbçisinin təcili geri qaytarılmasını əmr edib.

İraqın baş nazirinin dəftərxanası bildirib ki, bu addım Pakistan və Hindistan arasında mövcud vəziyyət fonunda İraq hərbçilərinin təhlükəsizliyindən narahat olduqları üçün atılıb

Xatırladaq ki, mayın 10-na keçən gecə Hindistan Pakistanın hava bazalarına bir neçə raket zərbəsi endirib. Pakistan Ordusu hücumu regionda sabitliyi pozan son dərəcə təhlükəli hadisə adlandırıb. Pakistan buna cavab olaraq, səhər saatlarında Hindistana qarşı “Bənyan ül-Marsus” adlı genişmiqyaslı hərbi əməliyyata başladığını elan edib.

Seçilən
0
2
teleqraf.com

3Mənbələr