AZ

Zeki Levent Gümrü: Türkiyə Azərbaycanın sülhsevər mövqeyini hər zaman dəstəkləyir

Azərbaycan bölgədə sabitliyin tərəfdarıdır və Türkiyə də hər zaman müttəfiq olaraq qardaş ölkənin bu mövqeyini dəstəkləyir.

Bunu “Report”un Türkiyə bürosuna açıqlamasında bu ölkənin xarici işlər nazirinin müavini Zeki Levent Gümrü deyib.

Onun sözlərinə görə, Azərbaycan bölgədəki durumu ən qısa zamanda davamlı sülhə çevirmək üçün çox böyük cəhdlər göstərir:

“Azərbaycanın ortaya qoyduğu mövqe açıq və bəllidir - daimi sülh. Bunun formalaşması üçün isə ən vacib şərt Ermənistanın uzun illərdir davam edən əsassız iddialarından geri çəkilməsidir, paralel olaraq, ATƏT-in Minsk qrupunun ləğvidir. Azərbaycanın tələbləri qanunidir”.

Nazir müavini Ermənistanın bu prosesdə sülh anlaşmasını imzalamamaq üçün müxtəlif bəhanələr gətirməsini də təbii sayır:

"İnanıram ki, bu cür maneələrə baxmayaraq, ən yaxın zamanda sülh müqaviləsi imzalanacaq”.

Seçilən
0
1
report.az

2Mənbələr