Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil olunmuş Əvəzedicilər Liqasında bu gün 34-cü tura start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış oyununda “Sabah” və “Şamaxı”nın ikinci komandaları üz-üzə gəliblər. Altı qolluq oyunda meydan sahibləri inamlı qələbəyə seviniblər.
34-cü turun qalan görüşləri mayın 11-də və 12-də keçiriləcək.
Əvəzedicilər Liqası
34-cü tur
10 may
“Sabah-2” – “Şamaxı-2” 4:2
Qollar: Nihat Cabbarov, 30. Şakir Seyidov, 50. Ramil Nuraxmedov, 56; 88 – Fəxri Məmmədli, 15. Rəşid Rəşidli, 78.
Hakimlər: Rövşən Rəcəbov, Tərlan Talıbzadə, Aydın Bəxşiyev, Samir Musayev.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Binə qəsəbə stadionu, 12:30.
11 may
“Turan Tovuz-2” – “Neftçi-2”
Hakimlər: Kamranbəy Rəhimov, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Sərxan İsmayılov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Tovuz şəhər stadionu, 13:30.
“Səbail-2” – “Zirə-2”
Hakimlər: Kamal Umudlu, Müslüm Əliyev, Nurlan Əhmədzadə, Nəriman Ağayev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Emin Cəfərov.
“Bayıl Arena”, 17:00.
12 may
“Kəpəz-2” – “Sumqayıt-2”
Hakimlər: Kamran Əliyev, Səbuhi Soltanov, Səbuhi Əmrahov, Namiq Bəkirov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 17:00.
“Qarabağ-2” – “Araz-Naxçıvan-2”
Hakimlər: Əkbər Əhmədov, Vüqar Bayramov, Anar Bədəlov, Səbuhi Bayramov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Binə qəsəbə stadionu, 17:00.