Pakistan bu gün səhər tezdən Hindistana qarşı hərbi əməliyyata başladığını və Hindistanın şimalındakı raket anbarı da daxil olmaqla bir neçə hərbi bazanı hədəf aldığını bildirib.
Pakistan bildirib ki, Hindistan hücumdan əvvəl biri paytaxt İslamabad yaxınlığında olmaqla üç hırbi-hava bazasına raket zərbələri endirib, lakin Pakistan hava hücumundan müdafiə qüvvələri onların əksəriyyətini zərərsizləşdirib. Pakistanın planlaşdırma naziri yerli televiziyada mülki hədəflərdən yayınmaq üçün "xüsusi tədbirlər" görüldüyünü və Pakistanı hədəf almaq üçün istifadə edilən yerlərin vurulacağını söylədi. Pakistan ordusu bildirib ki, baş nazir nüvə arsenalı ilə bağlı qərarlara nəzarət edən mülki və hərbi rəsmilərdən ibarət Milli Komandanlıq Aparatının iclasını çağırıb. Hadisə şahidinin Reuters agentliyinə verdiyi məlumata görə, Hindistanın Srinagar və Cammu şəhərlərində sirenlərişə düşüb və partlayış səsləri eşidilib. Pakistan ordusunun sözçüsü general-leytenant Əhməd Şərif Çaudri gecə televiziya çıxışında deyib: "Hindistan təyyarəsindən buraxılan hava-yer raketləri Nur Xan, Murid və Şorkot bazalarını hədəfə almışdı". Pakistan Hindistanın hədəf aldığı üç hava bazasından birinin paytaxt İslamabad yaxınlığındakı Ravalpindi şəhərində olduğunu bildirib. Digər ikisi isə Pakistanın Hindistanla həmsərhəd olan Pəncab əyalətindədir. Pakistan ordusunun sözçüsü bildirib ki, yalnız bir neçə raket hava hücumundan müdafiə sistemini keçib.Hindistanla Pakistan arasında vəziyyət Kəşmirlə bağlı uzun müddətdir davam edən mübahisə fonundaHindistanın Pakistan ərazisində "terror infrastrukturu" adlandırdığı yerə zərbə endirdiyi çərşənbə günündən bəri hər gün toqquşmalar baş verir.Pakistan qisas alacağına söz verib. Bu qonşu ölkələr hazırda son 30 ilin ən ağır döyüşlərini yaşayırlar. Bəzi hesablamalara görə, qarşıdurma nəticəsində artıq 48 nəfər həlak olub.
Surxay Əliyev