Futbol üzrə İtaliya A Seriyasında aprel ayının ən yaxşı məşqçisi və futbolçusu müəyyənləşib.


Rekord.az xəbər verir ki, “Komo”nu çalışdıran Sesk Fabreqas ötən ayın ən yaxşısı elan edilib.


38 yaşlı ispan mütəxəssisin komandası apreldə 4 oyun keçirib, hamısından qalib ayrılıb.


“Napoli”nin şotland yarımmüdafiəçisi Skott Maktominey isə apreldə ötən ayın ən yaxşı futbolçusu seçilib. 28 yaşlı futbolçu aprel ayında meydana çıxdığı 4 oyunda 5 qol vurub.