Bakı-Quba yolunun Şabran rayonunun Şahnəzərli kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, “VAZ 21015” markalı nəqliyyat vasitəsi idarəetmədən çıxaraq ağaca çırpılıb.
Nəticədə avtomobildə olan iki qardaş – Şabran rayonu, Gəndob kənd sakinləri, Elməddin və Əmrəli Fərzəliyevlər hadisə yerində həlak olublar.
Faktla bağlı araşdırma aparılır.