AZ

Fransa Kiprə SHERPA zirehli nəqliyyat vasitələri tədarük edəcək

Fransanın “Arquus” şirkəti Kipr Silahlı Qüvvələrinə 12 ədəd SHERPA zirehli nəqliyyat vasitəsi tədarük edəcək.

“Poliqon” “Arquus”a istinadən xəbər verir ki, bunun üçün DEFEA-2025 sərgisi çərçivəsində tərəflər arasında müqavilə imzalanıb.

Müqaviləyə əsasən, tədarük ediləcək SHERPA zirehli maşınları Fransa istehsalı AKERON tank əleyhinə raket kompleksləri ilə təchiz olunacaq.

Qeyd edilib ki, AKERON raketinin SHERPA platformasına inteqrasiyasını yoxlamaq üçün 2022-ci ilin sentyabrında Kiprdə 2500-3000 metr məsafədə yerləşən hədəflərə qarşı sınaq atışları həyata keçirilib.

Seçilən
0
poliqon.az

1Mənbələr