AZ

Pakistan Hindistanla münaqişədə nüvə ssenarisini rədd edir

Pakistan hakimiyyəti Hindistanla münaqişənin kəskinləşməsi zamanı "nüvə həddi"nin pozulması ehtimalını qəti şəkildə rədd edir, hətta iki nüvə dövləti arasında münasibətlərin pisləşməsi kontekstində də təmkinli siyasətə sadiqliyini vurğulayır.
 
Pakistanın planlaşdırma və inkişaf naziri Ahsan İqbal "The Guardian" nəşrinə müsahibəsində ölkənin prinsipial mövqeyini açıqlayıb.
 
"Biz nüvə həddinin pozulmasını istəmirik", - deyə o bildirib.
 
Nazir xüsusilə vurğulayıb ki, Hindistana qarşı keçirilən hərbi əməliyyatlar zamanı mülki hədəflərə zərbələrin qarşısını almaq üçün "xüsusi tədbirlər" görülüb və bu da İslamabadın münaqişənin miqyasını məhdudlaşdırmaq istəyini nümayiş etdirir.
 
Maraqlıdır ki, Hindistan və Pakistanın yüksəkrütbəli hərbi nümayəndələri eskalasiya başlayandan bəri artıq ilk telefon danışığını keçiriblər. Bu danışıq zamanı Pakistan tərəfi hindistanlı həmkarları ilə şəxsi görüş keçirməyə hazır olduğunu nəzərə çatdırıb və bu da gərginliyin azaldılması istiqamətində ilk addım ola bilər.
 
Buna paralel olaraq, Pakistanın müdafiə naziri Xavaca Asif də İslamabadın hazırda nüvə arsenalından istifadəni nəzərdən keçirmədiyini təsdiqləyən bəyanatla çıxış edib. Bu bəyanat Hindistanla münasibətlərin kəskinləşməsi ilə bağlı şərhlər kontekstində verilib.
 
"Xavaca Asif bildirdi ki, nüvə variantı hazırda nəzərdən keçirilmir, lakin vəziyyət yaranarsa, "müşahidəçilər" də əziyyət çəkəcəklər", - deyə materialda qeyd olunub.
 
Nazir, həmçinin nüvə silahından istifadə ilə bağlı qərarların qəbuluna cavabdeh qurum olan Pakistan Silahlı Qüvvələrinin Milli Komandanlıq Şurasının iclasının çağırılmasına dair mətbuatda yayılan xəbərləri də təkzib edib.
Seçilən
0
2
moderator.az

3Mənbələr