AZ

Onlar dayanarsa, biz də dayanarıq - Pakistan

Pakistanın Baş nazir müavini və xarici işlər naziri İsaq Dar Hindistanla gərginliyin azaldılması istiqamətində aparılan beynəlxalq diplomatik səylərdən sonra iki ölkə arasında danışıqların baş tutacağına ümid etdiyini bildirib.

Axar.az xəbər verir ki, nazirin sözlərini “Geo TV” telekanalı yayıb.

“Son diplomatik təmaslarım çox pozitiv keçdi. İnanıram ki, artıq danışıqlar üçün yol açılıb", - deyə o vurğulayıb.

Nazir əlavə edib ki, Pakistan müharibə tərfdarı deyil:

“Əgər Hindistanda bir damcı belə sağlam düşüncə qalıbsa, dayanmalıdırlar. Onlar dayanarsa, biz də dayanarıq. Biz dağıntı istəmirik".

Seçilən
0
50
axar.az

10Mənbələr