AZ

Expressbank rəhbərliyi Ulu Öndərin məzarını ziyarət edib - FOTO

Expressbank rəhbərliyi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə onun qəbirüstü abidəsini ziyarət edib.

Bankın Müşahidə Şurası və İdarə Heyətinin iştirakı ilə baş tutan ziyarət zamanı Ulu Öndərin qəbirüstü abidəsinin önünə əklil qoyulub və qızılgüllər düzülüb. Bank rəsmiləri dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad edib, onun əvəzsiz xidmətlərini minnətdarlıqla xatırlayıblar və Abidə qarşısında baş əyərək hörmətlərini bildiriblər.

Heydər Əliyev ideyalarının yaşadılması, onun dövlətçilik irsinə sadiqlik və bu dəyərlərin gələcək nəsillərə ötürülməsi istiqamətində Expressbankın fəaliyyətində davamlı yer alan addımlar təkcə keçmişə ehtiram deyil, həm də gələcəyə olan məsuliyyətin ifadəsi kimi qiymətləndirilir.

Expressbank Expressbank Expressbank Expressbank
Seçilən
0
9
apa.az

10Mənbələr